Bu gün Azərbaycan Televiziyasının “Hədəf” verilişində Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev və politoloq, Qarabağ müharibəsi iştirakçısı Elxan Ələsgərov Avropa İttifaqı ölkələrinin Şərq Tərəfdaşlığı platforması çərçivəsində keçirilən görüşündə Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanı sərrast və məntiqli cavabla növbəti dəfə ifşa etməsini müzakirə ediblər.

Eyni zamanda bildirilib ki, İttifaq Şurası Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə telefon zəngi, bunun ardınca dövlət başçısının Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin videoformat şəklində təşkil edilən zirvə görüşündə iştirakı ölkəmizin dünyada təqdimatı baxımdan ciddi önəm daşıyır. Müsahiblər Paşinyanın düşdüyü gülünc durum, Ermənistanın növbəti yalanları, Avropa İttifaqı ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi məsələsini təhlil ediblər.

Verilişdə erməni terroru, faşizmin təbliği konkret faktlar əsasında təhlil olunub.Videobağlantı vasitəsilə müzakirələrə qoşulan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev də studiyanın qonaqları ilə həmfikir olduğunu və Prezident İlham Əliyevin Paşinyana növbəti dərs verdiyini, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq edən ölkələrin Azərbaycanı dəstəklədiyini xüsusi vurğulayıb.