Bu gün Azərbaycan televiziyasının “Hədəf ” verilişində Sosial Tədqiqatlar Mərkəzinin departament rəhbəri Ayşəm Balayeva və həmin mərkəzin baş məsləhətçisi İnqilab Şahbazov koronavirusla bağlı aparılan təhlillər və rəy sorğusu barədə danışblar. Koronovirusa inananlar və inanmayanlar, xəstəlikdən qorxanlar və qorxmayanların faiz nisbəti şərh olunub. İnsanın “Qorxu İndeksi”ni öyrənmək üçün sorğuda iştirak edənlərin yaşı, cinsi və daha çox nədən qorxduqları barədə ətraflı məlumat verilib. Müsahiblər respondentlərin əsas narahatçılığının nədən ibarət olduğunu əks etdirən rəqəmlər barədə tamaşaçılara ətraflı məlumat veriblər.