Bu gün Azərbaycan Televiziyasının “Hədəf” verilişində Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov və politoloq Asif Usubəliyev koronavirus pandemiyası ilə bağlı mövcud durumu müzakirə ediblər. Dünyada virusun yayılma sürətinin artması fonunda Azərbaycanda dövlət tərəfindən görülən tədbirləri, sərt karantin rejimi günlərində bəzi vətəndaşların məsuliyyətsiz davranışlarını, xəstəliyə laqeyd yanaşmasını şərh ediblər.
Videobağlantı vasitəsilə ilə müzakirəyə qoşulan Azərbaycan Televiziyasının Türkiyə təmsilçisi Yalçın Tahiroğlu Türkiyədə bu istiqamətdə aparılan işlər və ictimai qınaq məsələsindən danışıb.Hüquq müdafiəçisi Sahib Məmmədov da studiyada səslənən fikirlərə qoşularaq qaydaları pozanlara qarşı müvafiq cəza verilməsini, bu işin milli təhlükəsizlik nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıdığını bildirib. Azərbaycan Televiziyasının Almaniya təmsilçisi Nemət Əkbərli də videbağlantı vasitəsilə müzakirəyə qoşularaq pandemiyaya qarşı Almaniyada və digər Avropa ölkələrində aparılan mübarizədən danışıb.