Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı kimyəvi maddələrlə qarışmış suyun Böyük Şor gölündə yaratdığı fəsadların aradan qaldırılması üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə müvafiq işlərə başlanılıb. 

Fövqəladə Hallar Nazirliyi (FHN), Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən gölün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsi işləri həyata keçirilir.

Son sutka ərzində göldəki 14 ton çirkab təmizlənib.

Əməkdaşımız Vəfa Ağabalayeva hadisə yerində olub və mütəxəssislərdən görülən işlər barədə ətraflı məlumat alıb.