İyulun 14-də AzTV-nin “Hədəf” verilişində hərbi ekspert Ədalət Verdiyev və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatının səbəb və nəticələrini şərh ediblər.

Müsahiblər düşmənin Azərbaycan ərazisində dinc sakinləri atəşə tutmasını qətiyyətlə pisləyib və beynəlxalq ictimaiyyəti də onların bu çirkin əməllərini qınamağa çağırıb. Videobağlantı vasitəsilə müzakirələrə qoşulan Milli Məclisin deputatı Fazil Mustafa və XİN-in Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva da Tovuz istiqamətində baş verən son hadisələr və görülən tədbirlər barəsində ətraflı məlumat veriblər. AzTV-nin təmas xəttinə ezam olunmuş xüsusi müxbiri Vüsal Qaraca isə birbaşa bağlantıda Tovuzun kəndlərindəki ən son durum barədə, həmçinin, Dondar Quşçu kəndində ermənilərin top atəşi ilə dağıdılmış ev barədə informasiyaları çatdırıb. “”APA Media Group”un rəhbəri Vüsalə Mahirqızı da video formatda söhbətə qoşularaq belə bir məqamda mətbuatda və sosial şəbəkələrdə yanlış məlumatların yayılmasının yolverilməz olduğunu bildirib.