1995-ci ildə Azərbaycan Televiziyasının efirində ilk dəfə yayıma başlayan “Səhər” proqramının 25 yaşı tamam olur.
Bu gün “Telesəhər” adıyla tamaşaçıların görüşünə gələn və tam yeni formatda zövqləri oxşayan bu veriliş peşəkar aparıcıların, yaradıcı və texniki heyətin gərgin əməyi sayəsində izləyicilərin qəlbində özünəməxsus yer tutub. Avqustun 14-də efirə gedən proqramda da bu illər ərzində keçilən yola köhnə və yeni həmkarlar birgə nəzər salıb və maraqlı xatirələrini bölüşüblər.
“Telesəhər” proqramının bu gün efirə gedən yubiley buraxılışını AzTV-nin rəsmi YouTube səhifəsindən izləyə bilərsiniz.