Ölkə vətəndaşlarının 94,6 faizi Prezidentə inanır və ona etimad göstərir.
Sosial Tədqiqatlar Mərkəzinin “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatı tərtib olunarkən rəyi soruşulanların 24,6 faizi bu inam və etimadın son 3 ayda daha da artdığını bildiriblər. “İnam indeksi” nəşrinin üçüncü buraxılışı dövlət başçısının bu ilin ikinci rübündəki fəaliyyətinə həsr edilib. İctimai rəyin tədqiqi göstərir ki, son 5 ayda dünyada hökm sürən koronavirus pandemiyasına qarşı mübarizədə siyasi liderlik, dövlətin potensial resurs, güc və imkanlarını səfərbər etmək bacarığı, ictimai inam və etimadın qorunub saxlanması, milli birliyin təmin olunmasının başlıca şərtinə çevrilib.
Rəyi soruşulanların 70,7 faizi ölkə Prezidentinin ordu quruculuğu istiqamətindəki fəaliyyətinin də çox səmərəli olduğunu düşünür.
Sosial Tədqiqatlar Mərkəzi, eyni zamanda, “Pandemiya ilə mübarizədə dövlətin anti-böhran siyasəti ictimai rəydə” mövzusunda da rəy sorğusunun nəticələrini açıqlayıb.