Sentyabrın 15-dən etibarən respublika üzrə dövlət və özəl bağçalar fəaliyyətə başlayacaq. Hazırda bu təhsil ocaqlarında pandemiya dövrünün tələblərindən irəli gələn hazırlıq işləri aparılır.

Bağçalar sanitar-gigiyenik qaydalara riayət olunmaqla faəliyyət göstərəcək. Artıq tədris müəssisələrində dezinkfeksiya işlərinə başlanılıb. Məktəbəqədər təhsil müəssisələri zəruri tibbi ləvazimatlarla da təmin edilib. Bununla yanaşı, işçi personalı pandemiya şəraitinin qaydaları ilə bağlı hərtərəfli təlimatlandırılıb. Bağçalar fəaliyyətə başlayanda həm uşaqların, həm valideyinlərin, həm də müəssisə əməkdaşlarının ilk olaraq temperaturu ölçüləcək və əlləri dezinfeksiya olunacaq. Hazırda bağçaların oyun, yataq, yeməkxana və digər otaqlarında da hazırlıq işləri aparılır. Fəaliyyətə başladığı dövrdən etibarən müvafiq qurumlar tərəfindən bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə əməl olunmasına nəzarət həyata keçiriləcək.

Leyla Abbasova, Bağır Kərimov