Bakıda qaldırıcı kran aşıb.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında baş verib. Müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı 9 mərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb. İlkin məlumata görə, kranın kabinasında olan 1 nəfər ölüb.
AzTv-nin əməkdaşları hadisə yerində olub. Həmin görüntüləri və hadisə ilə bağlı ən son məlumatları təqdim edirik.