Prezident İlham Əliyev Albert Anatolyeviç Lixanovun “Dostluq” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə A.A.Lixanov bu ordenlə təltif edilir.