Moldova mətbuatı Ermənistanın 22 oktyabr tarixində Azərbaycan ərazisinə raket hücumları ilə bağlı material dərc edib.
Moldova KİV-i Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovun sosial şəbəkədə yazdığına istinad edib. Materialda bildirilib ki, Q.Osmanov Ermənistanın bütün dünyanın gözü qarşısında Cenevrə Konvensiyasını pozur və mülki əhaliyə qarşı cinayət törədir.
“Bundan başqa, səfir bildirib ki, Azərbaycan Ermənistanın dinc əhalisinə toxunmayacaq, sözügedən ölkənin səviyyəsinə enməyəcək. Azərbaycan imkan verməyəcək ki, Ermənistan tərəfi hiyləgər planını həyata keçirsin və münaqişəyə üçüncü tərəfi cəlb etsin”, - deyə Moldova KİV-i yazır.