aztv-banner

ƏSLİNDƏ BİZ | 10.09.2022

PUBLİSİSTİK

ƏSLİNDƏ BİZ

Müəllif proqramları və xüsusi layihələr Baş Redaksiyasının hazırladığı verilişlərdən biri də "ƏSLİNDƏ BİZ"dir. Verilişdə əsrlərdir nəsildən-nəsilə ötürülən milli və mənəvi dəyərlərimizin qorunmasından, təbliğindən söhbət açılır. Bu dəyərləri yaşatmaq və gələcək nəsillərə ötürmək üçün verilişdə səhnələşdirilmiş epizodlara xüsusi üstünlük verilir. Redaksiyanın yaradıcı kollektivi Bakı kəndlərində baş verən hadisələri səhnələşdirməklə, keçmişdən bu günümüzə sanki bir işıq salırlar.
"Bakı kəndlərindən biri... Bir məhəllənin uşağı digər məhəllədən keçərkən qoçulardan biri onu öldürmək istəyir. Uşağın yaşadığı məhəllənin qoçusu isə bu hadisəni eşidir və uşağı müdafiə etmək üçün tez özünü çatdırır, onu öldürməyə qoymur" və ya "Bir xeyriyyəçinin imkansızlara necə kömək etməsi..." kimi məssələlər verilişdə aktyorların canlandırdığı obrazlar vasitəsilə tamaşaçılara çatdırılır.
Bu kimi hadisələrdən örnək götürən yeni nəslin maariflənməsi üçün belə verilişlərin müstəsna rolu var.

21:40 / Çərşənbə

CANLI YAYIM