Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib

Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib

12 Dekabr, 14:46 Sosial mediada paylaşın:

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, xalqımızın böyük oğlunun xatirəsinə ehtiramını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin kollektivləri, hərbi hissələrin, ictimaiyyətin nümayəndələri ulu öndərin abidəsi önünə gələrək əziz xatirəsini yad ediblər.

CANLI YAYIM