Azərbaycanda ilk - Dəmir yollarında pilotsuz taksi fəaliyyət göstərəcək

Azərbaycanda ilk - Dəmir yollarında pilotsuz taksi fəaliyyət göstərəcək

13 Dekabr, 17:39 Sosial mediada paylaşın:

Azərbaycanın dəmir yollarında yeni pilotsuz taksi xidməti fəaliyyət göstərəcək.

Söhbət ölkəmizin milli istehsalı olacaq “ASAN Railway”dən gedir. Sözügedən piltosuz taksilər dəmir yollarında kiçik həcmli yük daşımalarının həyata keçirilməsi ilə yanaşı, həm də sərnişinlərin regionlara təhlükəsiz və çevik səyahətini təmin edəcək. Prezident İlham Əliyevin tapşırığı əsasında yaradılan layihənin əhatə dairəsi genişləndirildikdən sonra taksilər təkcə ölkə daxilində deyil, həm də insanların qonşu dövlətlərə rahat səyahətini təmin edəcək.

Dəmir yolu reysləri üzərində innovativ taksi sistemi olan “ASAN Railway” sərnişin daşınmasında ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsi kimi elektronika, robototexnika və internet həllərlə yüksək keyfiyyətli təhlükəsizliyi və istənilən yerə vaxtında çatma imkanını təmin edəcək. Layihə ilk dəfə həyata keçirildiyinə görə ciddi təhlükəsizlik konsepsiyası hazırlanır. Bütün sınaqlardan keçdikdən sonra 2020-ci ilin sonlarında ilk prototipi hazırlanacaq və pilot layihə olaraq istifadəyə veriləcək. Taksilərin hazırlanmasına gəlincə isə konsept hər bir detalına kimi millidir və burada istehsal olunacaq.

“ASAN Railway” sisteminin artıq ilkin modeli laborator mühitdə hazırdır. Sistem ilk dəfə İmişli “ASAN Həyat” kompleksinin açılışı zamanı Prezident İlham Əliyevə təqdim olunub. Yeri gəlmişkən, “ASAN Railway” layihəsinə dair Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC və “İdrak Texnoloji Transfer” MMC arasında Anlaşma Memorandumu imzalanıb.

Tural Qurbanov

CANLI YAYIM