HƏFTƏ
İCTİMAİ-SİYASİ

HƏFTƏ

İctimai-siyasi proqramlar Studiyasının hazırladığı "HƏFTƏ" proqramında ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda baş verən ən aktual ictimai-siyasi hadisələr təhlil olunur. Veriliş Rövşən Məmmədovun təqdimatında efirə gedir.
Proqrama dəvət olunan qonaqlar həftənin mövzusu ətrafında müzakirələr aparırlar. Verilişdə həftə ərzində ölkənin siyasi, iqtisadi, mədəni həyatında baş verən məsələlər ətrafında geniş məlumat verilir.
Ümummilli lider Heydər Əliyev kimi dahi şəxsiyyətin Azərbaycanı tarixin ən çətin sınaqlarından çıxarmaqla onun mövcudluğunu əbədi etməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət, ölkəmizin iqtisadi qüdrəti, Ordumuzun rəşadəti və bütün bunların fonunda qüdrətli Azərbaycan dövlətinin tərənnümü verilişin əsas ideyasını təşkil edir.
Tarix dəfələrlə sübut edib ki, bir xalqın mövcudiyyəti onun həmrəyliyindən və bu həmrəyliyi təmin edən liderlərin dövrün məsuliyyətini öz üzərlərinə götürərək tarixi yenidən yazmaq bacarığından irəli gəlir. Bu mənada Azərbaycan xalqı xoşbəxt xalqlardandır...
Verilişdə Azərbaycan dövlətçiliyinin təməlini daha da möhkəmləndirən xalq-lider birliyi ətrafında da söhbətlər aparılır.

20:00 / Bazar

CANLI YAYIM