DÖYÜŞÇÜ
MAARİFÇİ

DÖYÜŞÇÜ

Azərbaycanda ordu quruculuğu, bu sahədə real vəziyyət verilişin əsas mövzusudur. Veriliş, əsasən, əsgərlərin xidmət etdiyi bölgələrdə hazırlanır, hərbi mütəxəssislərin fikirləri öyrənilir.
Hərbi vətənpərvərlik proqramları Baş Redaksiyasının hazırladığı "DÖYÜŞÇÜ" verilişi Vasif Acalov və Reyhan Osmanovanın təqdimatında efirə gedir. "DÖYÜŞÇÜ" komandasının Müzəffər Ordumuzun "Dəmir yumruq" əməliyyatı nəticəsində erməni işğalçlarını torpaqlarımızdan necə qovmasını özündə əks etdirən silsilə verilişləri tamaşaçılar tərəfindən maraqla izlənilib. Bu veriliş hal-hazırda hərbi xidmətdə olan əsgərlərimiz tərəfindən də maraqla izlənilir.
Verilişdə Ali Baş komandan cənab İlham Əliyevin hərbi xidmətdə olan əsgər və zabitlərimizə qayğısından, 44 günlük Vətən Müharibəsində sağlamlığını itirən döyüşçülərimizə dövlət dəstəyindən, eyni zamanda, şəhid ailələrinə göstərilən sosial himayədən də söhbət açılır.
Gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında bu verilişin müstəsna rolu var.

14:30 / 15:30 / Çərşənbə axşamı, Bazar

CANLI YAYIM