1AzTV
ƏYLƏNCƏ

1AzTV

Müəllif proqramları və xüsusi layihələr Baş Redaksiyasının hazırladığı "1AzTV" verilişi "Late Night with Conan O'Brien", "The Ellen DeGeneres Show", "Вечерний Ургант" və digər dünya üzrə məşhur verilişlərin analogiyası əsasında hazırlanan, Azərbaycan tamaşaçıları üçün adaptasiya edilmiş axşam şousudur. Veriliş Şəhriyar Əbilovun təqdimatında efirə gedir. Proqramın fərqli xüsusiyyəti tok-şou və sitkom formatlarının ahəngini təşkil etməsidir.
Qonaqlarla müsahibə ilə yanaşı, televiziya tamaşaçıları verilişi hazırlayan çəkiliş qrupunun səhnə arxası həyatını əks etdirən qısa səhnələri görürlər.
Televiziya tamaşaçıları çəkiliş prosesinin bəzi maraqlı təfərrüatları, həmçinin verilışin qonaqları, onların fəaliyyət səhəsi ilə qeyri-adi rakursdan tanış olurlar.
Proqramda bir neçə əsas personaj var: rejissor, prodüser, işıqçı, xadimə. Verilişin aparıcısı isə qonaqlarla müsahibə aparmaqla bərabər, proqramın kadr arxası həyatında fəal iştirak edir.
Qonaqlarla müsahibə əyləncəli və maraqlı tərzdə (müxtəlif oyun, tapşırıqlar və s.), canlı musiqi müşayiəti ilə aparılır.

21:30 / Şənbə, Bazar

CANLI YAYIM