QAZAN-MANQAL
MAARİFÇİ

QAZAN-MANQAL

Dünyalarca məşhur olan Azərbaycan mətbəxinin sirləri, dadlı, ləzzətli yeməklərin hazırlanma qaydaları və daha nələr-nələr "QAZAN-MANQAL" verilişinin əsas mövzusunu təşkil edir.
Azərbaycan mətbəxi təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissəsidir. Bu veriliş dünyanın ən qədim və zəngin mətbəxlərindən biri olan Azərbaycan mətbəxinin mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, fiziologiyanı, gigiyenanı, kimyanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və mətbəxin sair aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir.
Verilişin izləyiciləri yuxarıda sadalananlara öz mətbəxlərində əməl etdikcə, həqiqətən də Azərbaycan mətbəxinin nə qədər zəngin olmasının bir daha şahidi olurlar.

13:30 / Bazar

CANLI YAYIM