Azərbaycanda noyabrın 16-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-9°, gündüz 12-14° isti, Bakıda gecə 6-8°, gündüz 12-14° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 767 millimetr civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Noyabrın 16-da Azərbaycanın rayonlarının bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9°, gündüz 10-15° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-6° isti olacağı bildirilir.