Vətən müharibəsində şəhid olmuş 2723 hərbi qulluqçumuz dəfn edilib.

Müdafiə Nazirliyi dəfn edilmiş şəhidlərimizin fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumatı təqdim edib.

Həmin məlumatlarla aşağıdakı linkdən tanış ola bilərsiniz:

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı

İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi məlumat veriləcək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!