COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dekabrın 22-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 29 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılaraq yaşadıqları evlərə qaytarılıb.

Həmçinin 19 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.