Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin B növü üzrə tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il avqustun 5-də elan olunan müsabiqə davam edir.
DİM-dən verilən məlumata görə, müsahibədə 328 nəfər uğur qazanıb. Onlardan 172-si Təhsil Nazirliyində, 29-u Dövlət Statistika Komitəsində, 24-ü Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 18-i Maliyyə Nazirliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Qeyd edək ki, müsahibədə iştirak üçün 5 304 nəfər sənəd verib. Müsahibə yanvarın 29-da başa çatacaq.