Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad olunmuş Zəngilan rayonunun Cahangirbəyli kəndinin videogörüntülərini yayıb.
Oxçu çayının sahilində yerləşən Cahangirbəyli kəndi 1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Rəşadətli Azərbaycan Ordusu oktyabrın 21-də kəndi işğalçılardan azad edib.