Azərbaycan Televiziya və Radio Akademiyasında ənənəvi tədris bərpa olunur.
Teleradio Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, 22 fevral 2021-ci il saat 10:00-dan etibarən Akademiyada yaz-yay tədris mövsümündə dərslər davam edəcək.
Dərslər karantin rejiminin tələblərinə uyğun qaydalar çərçivəsində keçiriləcək.
Akademiyadan bu barədə dinləyicilərə müraciət də edilib: “Dərs zamanı dinləyicilər sosial məsafənin gözlənilməsinə və qoruyucu maskalardan istifadə olunmasına diqqət etməlidirlər”.
Əlavə məlumat üçün dinləyicilərdən Teleradio Akademiyası ilə əlaqə saxlamaları xahiş olunur.
Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq Teleradio Akademiyasında da təhsil dayandırılmışdı.