Prezident İlham Əliyev Bəylər Həsən oğlu Eyyubovun “Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, o, bu ordenə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində səmərəli fəaliyyətinə, vəzifə borcunu peşəkarlıqla yerinə yetirdiyinə görə layiq görülüb.