AzTV və Türkiyənin Sivas Cümhuriyyət Universitetinin birgə təşkilatçılığı ilə Teleradio Akademiyasının dinləyiciləri, eləcə də jurnalistika ixtisası üzrə təhsil alan və bu sahədə çalışan jurnalistlər üçün onlayn tədris prosesinə başlanılıb.
İlk dərs professor Enderhan Karakoç tərəfindən “Jurnalistikanın əsasları və Kütləvi İnformasiya Vasitələri” adlı mövzunu əhatə edib.
9 Aprel 2021-ci il tarixinədək davam edəcək dərslər türkiyəli mütəxəssislər tərəfindən televiziya və radio proqramçılığı, ssenari hazırlanması, montaj, xəbər redaktorluğu, sosial media və s. istiqamətlər üzrə onlayn formatda keçiriləcək.
Tədris proqramını uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunacaq.