Müdafiə Nazirliyinin rəhbərliyi xalqımızın milli-mənəvi dəyərlərini və qədim ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə ikinci Fəxri xiyabanı ziyarət edib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.