Azərbaycandakı dini konfessiyaların rəhbərləri 31 mart soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıblar.
Müraciətdə deyilir ki, 1905 və 1918-ci illərdə erməni ekstremistlər tərəfindən Bakıda və bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib, on minlərlə dinc insan qətlə yetirilib, yaşayış məntəqələri, tarix və mədəniyyət abidələri, məscidlər, kilsələr və sinaqoqlar dağıdılıb.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti sonrakı dövrlərdə də davam etdirilib. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında vandalizm aktları həyata keçirərək minlərlə tarixi, dini, mədəniyyət abidələrimizi, ziyarətgah və qəbiristanlıqlarımızı, islam, xristian və yəhudi məbədlərini məhv edib, həqarətə məruz qoyub, saxtalaşdırıb.
Azərbaycandakı dini konfessiya rəhbərləri dünya dini liderləri, parlamentləri, beynəlxalq təşkilatları erməni ekstremistlərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamlara siyasi, hüquqi qiymət verməyə, törədilmiş hadisələri soyqırımı aktları kimi tanımağa çağırıb.