Gənclər və İdman Nazirliyi Vətən müharibəsində şəhid olmuş, qəhrəmanlıq göstərmiş, könüllü hərbi xidmətə yollanmış nazirlik əməkdaşlarının və idmançıların sayını və siyahısını açıqlayıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, siyahıda 988 nəfərin adı var. Onlardan 320-si Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.