Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

Koronavirus.info-nun xəbərinə görə, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 53.7 faiz. Martın 19-na olan statistikaya əsasən bu göstərici 52,9 faiz idi.

Hazırda yoluxma Abşeronda 12,9 faiz, Aranda 12,4 faiz, Gəncə-Qazaxda 7,8 faiz, Şəki-Zaqatalada 3,5 faiz, Quba-Xaçmazda 2,9 faiz, Lənkəranda 2,7 faiz, Dağlıq Şirvanda 2,4 faiz, Yuxarı Qarabağda 1,4 faizdir.

Naxçıvanda yoluxma 0,04 faiz, ölkə xarici yoluxma isə 0,4 faiz təşkil edir.