Türkiyənin Müdafiə Nazirliyi “Twitter” səhifəsində 31 Mart -Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

“103 il öncə Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda erməni silahlı dəstələri tərəfindən soyqırımına məruz qalan azərbaycanlı qardaşlarımızı rəhmətlə anır, azərbaycanlı qardaşlarımızın kədərini bölüşürük”, - deyə paylaşımda qeyd edilib.