Azərbaycanda COVID-19 infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.
Bakıda virusa yoluxanların sayı 54,2 % təşkil edir. Yoluxma göstəricisi Abşeronda 12,8, Aranda 12, Gəncə-Qazaxda 7,5, Şəki-Zaqatalada 4, Quba-Xaçmazda 3, Lənkəranda 2,5, Dağlıq Şirvanda 2,4, Yuxarı Qarabağda 1,3, Naxçıvanda 0,04 %-dir.
Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,3 % təşkil edir.
Paytaxtda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər də məlum olub. Belə ki, ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb. Bu rəqəm Binəqədidə 14,8 %-dir. Ən az yoluxma 0,5 % Pirallahıdadır.