Aprelin 29-30-da 11-ci sinif şagirdləri üçün keçiriləcək imtahanlara buraxılış vəsiqəsinin verilməsinə başlanılıb.
Bununla əlaqədar Dövlət İmtahan Mərkəzi şagirdlərə müraciət edib. Buraxılış imtahanında iştirak edəcək şagirdlər imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap etməlidir. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.