“Ermənistan seçkilərə qədər təxribatları davam etdirəcək”.

Bunu ehtiyatda olan türkiyəli general Yücel Karauz Azərbaycan Televiziyasının "Əsas məsələ" verilişində səsləndirib.

"Ermənistan dövləti və ermənilər tarixdə olduğu kimi bu gün də, 44 günlük Vətən müharibəsində də, 10 noyabr bəyanatı prosesində də təxribat, hüquqazidd əməllər törətməyə və verdikləri sözləri tutmamağa davam edirlər. Xüsusilə, Zəngəzur yaxınlığında baş verən Ermənistanın təxribatlarının iyundakı seçkilərə qədər balansın qorunması üçün davam edəcəyini düşünürəm",- deyə Y.Karauz qeyd edib.

Ehtiyatda olan türkiyəli general Ermənistanın və erməni xalqının ağır travma yaşadığını, seçkilərə qədər bu cür terror xarakterli əməllər törədərək hər cür haqsızlıq edəcəklərini bildirib.