Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərində iştirak etmək üçün vəzifəsindən istefa verdiyini açıqlayıb.

Buna baxmayaraq, o, iyunun 20-nə təyin edilmiş səsverməyə qədər Nazirlər Kabinetinə rəhbərlik edəcək.

Qeyd edək ki, Paşinyan seçkilərə “Vətəndaş müqaviləsi” partiyasının namizədi kimi qatılacaq.