"Vətən müharibəsində yaralanmış 405 qaziyə artıq əlillik təyinatı aparılıb, proses davam edir”.
Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsində keçirilən dinləmədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib. Bildirilib ki, indiyədək 17 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib. 105 qazi reabilitasiya müəssisələrində stasionar müalicə alır, 1200-dən çox qaziyə isə psixoloji xidmət göstərilib.