Mərkəzi Bankının İdarə Heyəti manatın uçot dərəcəsinin sabit saxlanılması haqda qərar qəbul edib.
Qurumun sədri Elman Rüstəmov bildirib ki, uçot dərəcəsinin 6,25%-də, faiz dəhlizinin aşağı həddinin 5,75, yuxarı həddinin isə 6,75% səviyyəsində qalması məqsəduyğun hesab olunub. Elman Rüstəmov onu da deyib ki, bu il Azərbaycanda inflyasiyanın səviyyəsi hədəf diapazonunda formalaşacaq”.