Bu gündən “Vaxzevria” peyvəndinin tətbiqinə başlanılır.

İlkin olaraq 60 yaş və daha yuxarı şəxslər peyvəndlənmə zamanı İngiltərənin O xford universitetinin istehsalı olan "Vaxzevria” vaksinindən istifadə edə biləcəklər. Bu peyvəndin istifadəsi Bakı və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. “COVAX” platforması çərçivəsində ölkəmizə gətirilən 84 min doza “Vaxzevria” peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir. “AstraZeneca” İngilis-İsveç şirkəti tərəfindən hazırlanan “Vaxzevria" vaksinini Ümumdünya Səhiyyə Təşkilatı təsdiq edib.