COVİD-19 əleyhinə aparılan vaksinasiya ilə bağlı son vəziyyət açıqlanıb.

Son sutka ərzində ölkəmizdə 11 min 717 nəfər vaksinasiyadan keçib. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 3 min 685, ikinci mərhələ üzrə isə 8 min 32 nəfərdir. Ümumilikdə, 1 milyon 516 min 923 nəfərə vaksin vurulub.