Prezident İlham Əliyev Qəbələ rayonunun Ağdaş-Zarağan-Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 7 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən bu yolun tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.