Mayın 23-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 25 min 406 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 19 min 332, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 6 min 74 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 986 min 969-a çatıb. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 134 min 376, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 852 min 593 nəfərdir.