Minatəmizləmə Agentliyi işğaldan azad edilən ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb.

Mayın 17-dən 22-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 93, tank əleyhinə 33 mina və 873 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 243 hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.