Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilən Qubadlı rayonunun Tinli kəndinin videogörüntülərini paylaşıb.

Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşən Tinli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu ötən il noyabrın 9-da kəndi işğaldan azad edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edirik: