İyunun 12-də futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunu ilə əlaqədar həmin gün paytaxtda ictimai nəqliyyat işləyəcək.
Bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.
Qərarda həmçinin deyilir ki, 13 iyun saat 00:00-dan 14 iyun səhər saat 6-ya qədər ictimai nəqliyyatda, o cümlədən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində sərnişindaşıma fəaliyyəti dayandırılır.