İyunun 7-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 601 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 334, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 267 nəfər olub. Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 546 min 770-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 611 min 499, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 935 min 271 nəfərdir.