Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi Avropa çempionatının paytaxtda keçiriləcək oyunları ilə əlaqədar vətəndaşlara müraciət edib.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı Olimpiya Stadionu istiqamətində şəxsi avtomobillərdən istifadənin mümkünsüzlüyünü nəzərə alıb, bu istiqamətə yalnız xüsusi məntəqələrdən ayrılmış ictimai nəqliyyatlardan istifadə tövsiyə olunur.
Eyni zamanda metronun “Koroğlu” stansiyasından azarkeşlər sərbəst piyada hərəkət edə bilərlər.
Səməd Vurğun parkı yanından, metronun “Qara Qarayev” stansiyası ətrafından ayrılan xüsusi avtobuslarla hərəkət təşkil ediləcək.