İyunun 26-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 75 min 81 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 41 min 584, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 33 min 497 nəfər olub. Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 293 min 732-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 112 min 110, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 181 min 622 nəfərdir.