Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Zəngilan rayonunun Zəngilan kəndinin videogörüntülərini yayıb.

Oxçu çayının sahilində yerləşən Zəngilan kəndi 1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu oktyabrın 22-də kəndi işğaldan azad edib.