İyunun 22-dən bu günə kimi Bakıda 19 nəfəri gün vurub.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, günvurma ilə bağlı müraciət edənlərdən 7-si uşaq, 12-si böyükdür. Müraciət edənlərdən 7 nəfər hospitalizasiya olunub, digərlərinə isə yerində yardım göstərilib.