Cəbrayılda Türkiyə ilə birgə Dostluq Parkı salınacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bunun üçün Türkiyə təmənnasız olaraq Azərbaycana 1 milyon ədəd ağac tingi verəcək. 

“Eyni zamanda Cəbrayılda Təlim və Tədris Mərkəzi və böyük tinglik də salınacaq. Mərkəzə təlim keçmək üçün həm yerli, həm də xarici mütəxəssislər cəlb olunacaq. Burada eyni vaxtda 50-yə yaxın insanın qalması üçün şərait yaradılacaq”, - deyə məlumatda qeyd olunub